Avropa Liqasında həftənin ən yaxşısına namizədlər bilindi
UEFA Avropa Liqasında 1/6 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Goal.az xəbər verir ki, bu ada Manchester United-dən Bruno Fernandeş, Tottenham-dən Qaret Beyl, Xorvatiyanın Dinamo Zaqreb komandasından Bruno Petkoviç və Hoffenheim-dan Munas Dabbur idda edirlər.
Fernandeş səfərdə Real Sociedad-a 4:0 qalib gəldikləri matçda dubl edib. Beyl Avstriyada Wolfsberg-i 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.
Bruno Petkoviç Rusiyada Krasnodar-ı 3:2 hesabı ilə yendikləri, Munas Dabbur isə Norveç Molde-si ilə 3:3 hesablı bərabərə qaldıqları qarşılaşmada dubla imza atıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR