Avropa Liqasında həftənin ən yaxşısı seçildi
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Goal.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Manchester United-in yarımmüdafiəçisi Brunu Fernandeş birinci olub. O, səsvermədə Munas Dabbur (Hoffenheim), Bruno Petkoviç (Dinamo Zagreb) və Qaret Beyli (Tottenham) qabaqlayıb.
Portuqaliyalı oyunçu bu həftə turnirin 1/16 finalında Real Sociedad-la matçda (4:0) dubla imza atıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR