Crvena Zvezda İbrahimoviçdən üzr istədi
Crvena Zvezda klubu UEFA Avropa Liqasının 1/16 finalının Milan-a qarşı ilk oyun zamanı (2:2) təhqirlərə məruz qalan rəqib komandanın hücumçusu Zlatan İbrahimoviçdən üzr istəyib.
Goal.az xəbər verir ki, Crvena Zvezda Zlatan İbrahimoviçlə bağlı təhqiramiz ifadələri ən sərt şəkildə pisləyir. Görüşü iki böyük komanda səviyyəsində təşkil etmək üçün əlimizdən gələni etdik və heç kimin ölkəmizin, xalqımızın ənənəvi qonaqpərvərliyinə kölgə salmasına imkan verməyəcəyik", - klubun bəyanatında deyilir.
Qeyd edək ki, sosial şəbəkələrdə Bosniya və Xorvatiya əsilli İbrahimoviçin etnik zəmində təhqir olunduğunu əks etdirən video yayılıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR