27/02/2021
17:57
1991
| A A A
Yazıcı Avropa Liqasının tarixinə keçdi

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Ajax-la oyun Lille-in yarımmüdafiəçisi Yusuf Yazıcı üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisinin 1:2 hesabıyla uduzduğu oyunda komandasının yeganə qoluna imza atan Türkiyə millisinin üzvü, Avroliqanın bir mövsümündə ən çox qol vuran türk futbolçu olub.

Ajax-la oyuna qədər 6 qolu olan futbolçu bu görüşdə də fərqlənməklə rəqib qapılarından keçirdiyi topların sayını 7-yə çatdırıb. Yusuf Avroliqanın qrup mərhələsində Milan (İtaliya) və Sparta Praga (Çexiya) ilə oyunlarda da het-trikə imza atmışdı. Bu üzdən 24 yaşlı futbolçu iki dəfə həftənin ən yaxşı oyunçusu da seçilmişdi.

Qeyd edək ki, Lille Ajax-a 1:2 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13160 səs