03/03/2021
18:30
794
| A A A
Avroliqa matçının yeri dəyişdirildi

Avropa Liqasının 1/8 final mərhələsində Norveçin Molde və İspaniyanın Granada klubları arasında keçiriləcək cavab matçının yeri dəyişdirilib.

Goal.az xəbər verir ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Norveçdə yox, Macarıstanda keçiriləcək.

Buna iki ölkə arasında səfərlərə koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlər səbəb göstərilib.

Görüş martın 18-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Bu komandalar arasındakı ilk oyun isə martın 11-də İspaniyada olacaq.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15550 səs