10/03/2021
16:26
1524
| A A A
Manchester United-də ciddi itki

Manchester United Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı Milan-la ilk matça ciddi itki ilə çıxa bilər.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford böyük ehtimalla sabah keçiriləcək qarşılaşmanı buraxacaq.

Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən Manchester City ilə səfər matçında (2:0) ayaq biləyindən zədə alan Reşfordun Milan-la ilk oyuna qədər tam sağalması mümkünsüz görünür.

Qeyd edək ki, sabah keçiriləcək Manchester United– Milan matçına saat 21:55-də start veriləcək.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15557 səs