12/03/2021
16:24
959
| A A A
İspaniyalı hücumçu Avropa Liqasının tarixinə düşdü

Granada klubunun futbolçusu Xorxe Molina Avropa Liqasının tarixinə düşüb.

Goal.az xəbər verir ki, hücumçu turnirdə qol vurmağı bacaran ən yaşlı ikinci oyunçu olub.

İspaniyalı forvard Norveç Molde-sini 2:0 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin ilk görüşündə hesabı açıb. Molina 38 yaş, 323-cü günündə fərqlənməyi bacarıb.

Qeyd edək ki, turnirin rekordu Molde-nin sabiq futbolçusu Daniel Berq Hestada məxsusdur. O, 2015-ci ildə Şotlandiya Celtic-i ilə matçda 40 yaş 98-ci günündə qol vurub.(report)

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15551 səs