Avropa Liqasında həftənin ən yaxşısı seçildi
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Goal.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Dinamo Zagreb-in hücumçusu Mislav Orşiç birinci olub. O, səsvermədə Jerar Moreno (Villarreal), Borxa Mayoral (Roma) və David Neresi (Ajax) qabaqlayıb.
Qeyd edək ki, Orşiç Avroliqanın 1/8 finalında Tottenham-lə cavab oyununda (3:0) het-trikə imza atıb.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND