20/03/2021
11:26
845
| A A A
UEFA Rangers - Slavia matçı ilə bağlı intizam işi açdı

UEFA Şotlandiyanın Rangers və Çexiyanın Slavia komandaları arasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçındakı insidentlərlə bağlı intizam işi açıb.

Goal.az xəbər verir ki, qonaq komandanın qapıçısı Ondrjey Kolarjın ağır zədə aldığı epizod və Praqa təmsilçisinin müdafiəçisi Ondrjey Kudela ilə meydan sahiblərinin yarımmüdafiəçisi Qlen Kamara arasındakı qalmaqal araşdırılacaq.

İddiaya görə, Kudela oyun vaxtı Kamaraya qarşıirqçi ifadələr işlədib. Nəticədə 34 yaşlı arxa xətt oyunçusu final fitindən sonra tuneldə naməlum şəxs tərəfindən döyülüb.

Qeyd edək ki, ilk matçda Rangers-lə 1:1 hesablı heç-heçə edən Slavia cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.(report)

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15560 səs