18/03/2022
17:03
13022
| A A A
Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atıldı

Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb.

Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma Bakı vaxtı ilə saat 16:30-da başlayıb. Püşkün nəticəsinə görə, Barcelona Avropa Liqasının 1/4 mərhələsində Almaniyanın Eintracht komandası ilə qarşılaşacaq.

1/4 finalın matçları aprelin 7-də və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final matçı isə mayın 18-də, İspaniyanın Sevilya şəhərindəki Roman Sançes-Pisxuan stadionunda keçiriləcək.

Avropa Liqası, 1/4 final

Leipzig (Almaniya) – Atalanta (İtaliya)

Eintracht (Almaniya) – Barcelona (İspaniya)

Braga (Portuqaliya) – Rangers (Şotlandiya)

West Ham (İngiltərə) – Lyon (Fransa)

Yarımfinal

1. Leipzig (Almaniya) – Atalanta (İtaliya) / Braga (Portuqaliya) – Rangers (Şotlandiya)

2. West Ham (İngiltərə) – Lyon (Fransa) / Eintracht (Almaniya) – Barcelona (İspaniya)

Final

2-ci cütün qalibi – 1-ci cütün qalibi