Avropa Liqasında 1/4 final mərhələsinə start verilir
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Goal.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.
Leipzig Atalanta ilə evdə qarşılaşacaq. Barcelona Eintracht-ın qonağı olacaq. West Ham Lyon-u, Braga isə Rangers-i qəbul edəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri aprelin 14-də oynanılacaq.
Avropa Liqası, 1/4 final
20:45. Leipzig (Almaniya) - Atalanta (İtaliya)
23:00. Eintracht (Almaniya) - Barcelona (İspaniya)
23:00. West Ham (İngiltərə) - Lyon (Fransa)
23:00. Braga (Portuqaliya) - Rangers (Şotlandiya)