30/04/2022
10:49
847
| A A A
Avropa və Konfrans liqalarında həftənin ən yaxşısı seçildi

Avropa Liqasında və Konfrans Liqasında yarımfinalın ilk matçlarından sonra həftənin ən yaxşı oyunçuları müəyyənləşib.

Goal.az xəbər verir ki, Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına Almaniyanın Eintracht komandasının yarımmüdafiəçisi Daiti Kamada layiq görülüb. Frankfurt təmsilçisinin Yaponiyadan olan 25 yaşlı futbolçusu İngiltərənin West Ham komandasına səfərdə 2:1 hesabıyla qalib gəldikləri matçda bir qola imza atıb.

Avroliqada həftənin ən yaxşısı adına Almaniyanın Leipzig klubundan Anxelinyo ilə Marsel Halstenberq, həmçinin Eintracht-ın daha bir futbolçusu Cibril Sou da namizəd idi.

Konfrans Liqasında isə Niderland Feyenoord-unun forvardı Siril Dessers ən yaxşı seçilib. O, doğma meydanda Marseille-ə (Fransa) 3:2 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb. Belçikadan olan 27 yaşlı futbolçu ilə yanaşı, həftənin ən yaxşısı adına komanda yoldaşı Kon Luis Sinisterra, Roma-dan Lorentso Pelleqrini və Leicestet City-dən Ademalo Lukman da namizəd idi.

GÜNÜN ƏN ÇOX OXUNANLARI