Avropa Liqasında həftənin futbolçusu seçildi
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Goal.az xəbər verir ki, bu ada Rangers-dən Ceyms Tavernye layiq görülüb.
31 yaşlı müdafiəçi Leipzig-ə 3:1 hesabı ilə qalib gəldikləri görüşdə vurduğu qolla diqqət mərkəzinə düşüb.
Avroliqada həftənin ən yaxşı oyunçusu adına West Ham-dən Deklan Rays, Leipzig-dən Kristofer Nkunku və Eintracht-dan Evan Ndikka da namizəd idi.