Rangers-in qapıçısı tarixə keçdi
Rangers-in qapıçısı Alan Makqreqor Avropa Liqasının tarixinə düşüb.
Goal.az xəbər verir ki, Avroliqanın finalında Eintracht Frankfurt-a qarşı matça start heyətində çıxan qolkiper bu turnirin həlledici oyununda mübarizə aparan ən yaşlı oyunçuya çevrilib.
40 yaş 107 günlüyündə olan Makqreqor bu göstərici ilə avrokubokların tarixində 3-cüdür. O, yalnız Dino Zoff (41 yaş 86 gün) və Edvin van der Sardan (40 yaş 211 gün) geri qalır.
Ramon Sançes Pisxuan stadionunda keçirilən matçın əsas və əlavə vaxtı 1:1 hesabıyla birib. Penaltilər seriyasında 5:4 qalib gələn Eintracht çempion olub.