19/05/2022
15:45
1539
| A A A
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Eintracht Frankfurt və Rangers komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

Goal.az xəbər verir ki, bu ada Frankfurt təmsilçisinin qapıçısı Kevin Trapp ilə hücumçusu Rafael Borre, həmçinin Rangers-in yarımmüdafiəçisi Co Aribo və müdafiəçisi Kelvin Bassi iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Eintracht əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa qarşılaşmanın penaltilər seriyasında rəqibini məğlub edib - 5:4. (report)