Avropa Liqasında mövsümün futbolçusu seçildi
Avropa Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Goal.az xəbər verir ki, bu, Eintracht-ın yarımmüdafiəçisi Filip Kostiçdir. Serb futbolçu 7 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Eintracht finalda Rangers-ə penaltilər seriyasında qalib gələrək turnirin qalibi olub.