04/06/2022
12:24
2561
| A A A
Real Madrid UEFA-dan izahat tələb etdi

Real Madrid Çempionlar Liqasının final oyunu üçün Fransanın "Stad de Frans" stadionunun seçilmə səbəbini aydınlaşdırması xahişi ilə UEFA-ya müraciə edib.

Goal.az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə yaydığı bəyanatda bunlar qeyd edilib:

"Bilmək istəyirik ki, final üçün bu məkanın seçilməsinə səbəb nə olub və baş verənləri nəzərə alsaq, hansı kriteriyalara görə belə seçim edilib. Biz azarkeşlərin köməksiz və müdafiəsiz qalmalarına görə məsuliyyəti kimin daşıdığını aydınlaşdırmaq üçün cavab və izahat da xahiş edirik. Futbol bayramı bütün dünyada dərin qəzəbə səbəb olan hadisəyə çevrilib".

Mayın 28-də keçirilmiş qarşılaşmada Real Madrid İngiltərə Liverpool-unu 1:0 hesabı ilə məğlub edib. Tamaşaçılar içəri daxil ola bilmədikləri üçün görüşün startı 36 dəqiqə yubanıb. Polis stadiona girməyə cəhd edən fanatlara qarşı gözyaşardıcı qazdan, toqquşmalar zamanı isə dəyənəklərdən yararlanıb. (futbolpress)