Avropa Liqası: Qarabağ-ın potensial rəqibləri bəlli oldu
Qarabağ-ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Goal.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra məlum olub.
“Köhlən atlar” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan Ferentsvaros-unu keçə bilməsə, növbəti mərhələdə – Avropa Liqasında Shamrock Rovers (İrlandiya) – Skupi (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqasında pley-offun ilk oyunları 18 avqustda, cavab görüşləri 25 avqustda olacaq.