05/08/2022
11:13
664
| A A A
Neftçi-nin potensial rəqiblərinin oyununda qalib müəyyənləşməyib

Neftçi-nin UEFA Konfrans Liqasının pley-offundakı potensial rəqibləri olan Lixtenşteynin Vaduts və Türkiyənin Konyaspor klubları III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gəliblər.

Goal.az xəbər verir ki, Vaduts şəhərindəki "Reynpark" stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərindən qolu 72-ci dəqiqədə Franklin Sasere vurub. Qonaqlardan isə 89-cu dəqiqədə Məhəmməd Dəmir fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 11-də olacaq. Bu cütün qalibi pley-offda Neftçi - Rapid uelinin güclüsü ilə qarşılaşacaq. "Ağ-qaralar" Bakıdakı ilk görüşdə Vyana təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. (report)