28/10/2022
12:55
2104
| A A A
Qarabağ - Freiburg: biletlər satışa çıxarıldı

Bakıda Qarabağ və Almaniyanın Freiburg komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu üçün biletlər satışa çıxarılıb.

Goal.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı Qarabağ FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək mümkündür.

Qeyd edək ki, noyabrın 3-də oynanılacaq Qarabağ  - Freiburg qarşılaşması saat 21:45-də başlayacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI