UEFA Qarabağ-a bir milyon avrodan çox ödəniş edib
UEFA növbəti dəfə Qarabağ klubuna ödəniş edib.
Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" UEFA Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) 1.294.000 avro alıb.
Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.