Məsiyev İsrail klubunun oyununa təyinat alıb
FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Goal.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində noyabrın 3-də keçiriləcək Hapoel (Beer-Şeva, İsrail) – Austria (Vyana, Avstriya) qarşılaşmasının baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.