Qarabağ bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Goal.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniyanın Freiburg klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.
"Köhlən atlar"da Filip Ozobiç zədə səbəbindən görüşü buraxacaq. Qara Qarayevin qarşılaşmada iştirakı sual altındadır. Qonaqlarda zədəli Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya gətirilməyib.
Qrupun digər oyununda Olympiacos Yunanıstanda Fransa Nantes-ını qəbul edəcək. Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.
G qrupunda 13 xala malik Freiburg liderliyini təmin edib. Qarabağ-la yanaşı 6 xalı olan Nantes-ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda Qarabağ-ın xal itirməsini gözləyəcək.
UEFA Avropa Liqası
G qrupu VI tur
Qarabağ (Azərbaycan) - Freiburg (Almaniya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu