Qarabağ UEFA-nın klub reytinqində 4 pillə irəliləyib
Qarabağ UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.
Goal.az xəbər verir ki, "köhlən atlar" avrokubokların qrup mərhələsinin sonuncu - VI turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb. Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var.
Ağdam klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Freiburg ilə heç-heçə edib. Məhz bu nəticə Qarabağ-ın reytinqdə irəliləməsinə səbəb olub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya Krasnodar-ı ilə 61 - 63-cü yerləri bölüşür.
Qeyd edək ki, cədvələ 131,000 xalla Manchester City başçılıq edir.