Avropa Liqası: bu gün pley-off mərhələsinin püşkü atılacaq
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Goal.az xəbər verir ki,, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Avropa Liqasında qrupdan çıxanlar: PSV, Roma, Manchester United, Nantes, Rennes, Union Berlin, Midjtulland, Monaco
Çempionlar Liqasından gələnlər: Ajax, Bayer, Barcelona, Sevilla, Sporting, Salzburg, Shakhtar Donetsk, Juventus
Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.