Barcelona-nın kapitanı Manchester United-lə oyunu buraxacaq
Barcelona-nın kapitanı Serxio Buskets İspaniyada İngiltərənin Manchester United komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu buraxacaq.
Goal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Sevilla-ya 3:0 hesabı ilə qalib gəldikləri La Liqanın XX tur matçında topuğundan zədə alıb.
Təcrübəli futbolçunun cavab görüşünədək sağalacağı gözlənilir.
Qeyd edək ki, fevralın 16-da baş tutacaq Barcelona - Manchester United oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Cavab qarşılaşması fevralın 23-də gerçəkləşəcək.