17/02/2023
21:25
2017
| A A A
Reşford ən yaxşı seçildi

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, Manchester United-dən Markus Reşford olub. 26 yaşlı forvard Monaco-dan (Fransa) Aksel Disasi, Sevilla-dan (İspaniya) Lukas Okampos və Shakhtar-dan (Donetsk, Ukrayna) Dmitri Krıskivi qabaqlayıb.

Qeyd edək ki, Reşford pley-offun ilk oyununda Barcelona ilə 2:2 hesablı heç-heçə etdikləri matçda komandasının ilk qolunun müəllifi olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI