Di Mariya ən yaxşı seçildi
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Goal.az xəbər verir ki, Juventus-un yarımmüdafiəçisi Anxel Di Mariya ən yaxşı oyunçu seçilib. O, səsvermədə Shakhtar Donetsk-dən Anatoli Trubin, Union Berlin-dən Yuranoviç və Bayer Leverkusen-dən Florian Virtsi qabaqlayıb.
Qeyd edək ki, Di Mariya Avroliqanın pley-offunda Nantes-la matçda (3:0) komandasının hər üç qolunun müəllifi olub.