11/11/2016
10:18
409
| A A A
Millimiz oyunöncəsi məşqə çıxdı

Milli komandamız Şimali İrlandiya - Azərbaycan matçının ünvanı - “Vinzor Park” arenasında son məşqə çıxıb. Goal.az xəbər verir ki, bu gün keçiriləcək oyunun başlama saatına təsadüf edən hazırlıqda zədəli Rəşad Sadıqov istisna olmaqla bütün futbolçular iştirak ediblər. Yüngül qaçışdan sonra fiziki təmrinləri yerinə yetirən komanda ardınca baş məşqçi Robert Prosineçkinin tapşırıqlarını həyata keçirib. Qeyd edək ki, 45 dəqiqə nəzərdə tutulan oyunqabağı məşqin yalnız ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Həmin müddətdə Avropada fəaliyyət göstərən “Milli dəstə” azarkeş qrupunun üzvləri də müxtəlif şüarlarla futbolçulara dəstəyi əsirgəməyiblər.