11/11/2016
14:21
256
| A A A
Komandalarımızın Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri

17 və 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Goal.az xəbər verir ki, püşkatma  İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında təşkil olunub. Nəticələrə əsasən, U-17 yığmamız 3-cü qrupda İspaniya, İslandiya və Monteneqro, U-19 isə 4-cü qrupda İspaniya, Ukrayna və Albaniya komandaları ilə mübarizə aparacaq.