12/11/2016
13:03
1605
| A A A
Xorvatiyalı çalışdırıcı üçün iki yubiley

DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə görüşü Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin iki yubileyi ilə əlamətdar olub. Goal.az xəbər verir ki, xorvatiyalı yığmamızı 10-cu seçmə oyununa çıxarıb. 

Bu görüşlərdən 6-sı AÇ-2016, 4-ü DÇ-2018 çərçivəsində keçirilib. 4 cavabsız qolla qalib gələn britaniyalılar Prosineçkini 3-cü məğlubiyyətlə barışdırıb. 10 görüşdə 3 qələbə görən mütəxəssis 4 heç-heçəyə də şahidlik edib.

Şimali İrlandiyanın 3-cü qolu Prosineçkinin rəhbərliyi altında buraxılan ümumilikdə 20-ci qol olub. 10 seçmə və 6 yoxlama oyununda 12 qol vuran komandamız buraxılan qol sayını 21-ə çatdırıb.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
17914 səs