12/11/2016
17:32
1526
| A A A
Maksim Medvedyev üçün uğursuz yubiley

DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə oyunu Azərbaycan millisinin futbolçusu Maksim Medvedev üçün əlamətdar olub. Goal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yığma karyerasında 40-cı matça çıxıb. Belfastdakı qarşılaşmada qeydə alınan yubiley uğursuzluqla müşayiət olunub. Öncə müdafiəçi başından zədələnərək sarğı ilə çıxış edib. Millimiz isə Maksimin 40-cı görüşündə 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Maksim 1 qol vurduğu millidə ilk matçını 2009-cu il oktyabrın 10-da keçirib. Həmin gün komandamız Vadusda Lixtenşteyni 2:0 hesabı ilə məğlub edib.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66282 səs