21/12/2017
18:21
11272
| A A A
Tarixin ən bərbad göstəricilərindən biri

Azərbaycan millisi son 1 ildə FİFA reytinqində 27 pillə geriləyib.

Goal.az-ın məlumatına görə, belə eniş bu gün açıqlanan 2017-ci ilin son siyahısından sonra bəlli olub.

2016-cı ili 90-cı yerdə başa vuran yığma bu dəfə yeni ilə 117-ci pillədə yollanacaq. Belə uğursuzluq milli tarixinin ən bərbad göstəricilərindən biridi.

FİFA reytinqində 1994-cü ildə peyda olan komandamız özünün 24-cü ilini yekunlaşdırıb. İndiyədək yalnız 1 dəfə daha acınacaqlı yuvarlanma qeydə alınıb. Bu da 2014-cü ilə təsadüf edib. Həmin ilin sonunda 135-ci olan yığma 2013-cü illə müqayisədə 41 addım geriləmişdi.

Maraqlıdı ki, iki ən böyük uğursuzluq məşqçi dəyişikliyi olan vaxta təsadüf edib. 2014-cü ildə Berti Foqts postundan ayrılmış, Robert Prosineçki müqavilə imzalasa da, debütün intizarında idi.

Eyni durum indi də yaşanır. Bu dəfə Prosineçki gedib, Qurbanovsa debütü gözləyir. Hər iki mütəxəssis komandanı “zirzəmi”də qəbul edib ki, bu da onlara irəliləmək üçün daha geniş imkan yaradır.

 

Millimiz ilin yekunlarında

il

yer

+/-

1994

147

-

1995

141

6

1996

125

16

1997

123

2

1998

99

24

1999

97

2

2000

115

-18

2001

113

2

2002

113

0

2003

119

-6

2004

113

6

2005

114

-1

2006

125

-11

2007

115

10

2008

134

-19

2009

114

20

2010

98

16

2011

112

-14

2012

118

-6

2013

94

24

2014

135

-41

2015

117

18

2016

90

27

2017

117

-27

apasport