11/10/2018
21:52
1690
| A A A
Millimizin oyunu təxirə salına bilər

Farer adaları və Azərbaycanın futbol yığmaları arasındakı UEFA Millətlər Liqası matçı təxirə salına bilər.

Goal.az "Report"a istinadən xəbər verir ki, səbəb "Torsvollur" arenasının dumana bürünməsidir.

Hazırda Farer adalarının paytaxtında çiskinli hava hökm sürür.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.