12/10/2018
00:47
4651
| A A A
Millətlər Liqasında ilk qələbə

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.

Goal.az-ın məlumatına görə, D liqasının 3-cü qrupunda yer alan millimiz də növbəti görüşünü keçirib. Qurban Qurbanovun komandası səfərdə Farer adaları yığmasının qonağı olub və 3:0 hesabı ilə qalib gəlib. Bu, millimizin turnirdəki ilk qalibiyyəti olub. Qələbə ilə xalını 5-ə çatdıran yığmamız turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Digər görüşdə Kosovo Maltaya 3:1 hesabı ilə qalib gələrək liderliyini qoruyub.

Qeyd edək ki, komandamız növbəti turda Malta ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun oktyabrın 14-də saat 20:00-da başlayacaq.

UEFA Millətlər Liqası

D liqası, 3-cü qrup, II tur



11 oktyabr

22:45. Farer adaları – Azərbaycan - 0:3

Qollar: Riçard Almeyda 28, Dmitri Nazarov, 68, Riçard Almeyda, 86-pen

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
371 səs