12/10/2018
16:28
2109
| A A A
Almeyda Serxio Ramosu qabaqladı

Millətlər Liqasının III turunun ilk oyun günündən sonra statistik göstəricilər açıqlanıb. Goal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeyda turnirdə ən çox ötürmə verən futbolçudu. Milliləşən braziliyalı futbolçu 215 ötürmə verib. Onun ən yaxın izləyicisi ispaniyalı Serxio Ramos 204 ötürmə verib. “200” səddini keçən 3-cü futbolçu da yığmamızın təmsilçisidir. Qara Qarayevin hesabında 201 ötürmə var.