14/10/2018
10:19
3316
| A A A
Azərbaycan Maltanı qəbul edir

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, D Liqasının 3-cü qrupunda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV tur çərçivəsində Malta yığmasını qəbul edəcək.

Ötən ay bu komandalar arasında II turun Ta Qali Milli Stadionunda keçirilmiş görüşü heç-heçə ilə nəticələnib - 1:1. 

Malta hələlik yalnız Azərbaycan millisindən xal ala bilib. Qrupda keçirdiyi bütün oyunlarda qol vuran "cırtdanlar", ilk turda Farer adalarına, oktyabrın 11-də isə Kosovoya səfərdə eyni hesabla uduzub - 1:3.

İlk qələbəsini 3 gün öncə Farer adalarında 3 cavabsız qolla qazanan Azərbaycan isə I tur qarşılaşmasında Bakıda Kosovo ilə qolsuz bərabərə qalıb.

Qeyd edək ki, qrupun digər oyununda Farer adaları Kosovonu qəbul edəcək. Üç turdan sonra Kosovonun 7, Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.

UEFA Millətlər Liqası

D liqası, III qrup

IV tur

20:00. Azərbaycan - Malta

Baş hakim: İvan Bebek

Bakı Olimpiya Stadionu