14/10/2018
17:42
1800
| A A A
Azərbaycanla oyunda öz planlarımız var

"Malta kimi ölkə üçün asan oyun olmur. Sabahkı matç da çətin keçəcək. Amma bizim öz planlarımız var. Taktiki cəhətdən yaxşı hazırlaşmışıq və əhval-ruhiyyəmiz yüksəkdir"

Goal.az xəbər verir ki, bunu Malta yığmasının futbolçusu Andre Acus UEFA Millətlər Liqasının IV turunda Azərbaycan millisi ilə oyundan əvvəl deyib.

Qonaq komandanın kapitanı olan müdafiəçisi Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında bildirib ki, D liqasının III qrupunda yer alan komandalardan Kosovo və Azərbaycan daha güclüdür: "Kosovonu gələcəkdə C liqasında görürəm. Onların futbolçularının hansı klublarda oynadığını bilirsiniz. Biz isə üzərimizdə işləməli və təkmilləşməliyik. Hər bir Malta vətəndaşı da bizə dəstək olmalıdır. Qrupda hər 3 matçda qol vursaq da, sonuncuyuq. Səhvlərimizin üzərində işləməliyik".

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.