15/10/2018
12:14
1834
| A A A
İlk ev qolu

Millətlər Liqasının IV turunun Malta ilə oyununda Azərbaycan yığmasının bərabərlik qoluna imza atan Araz Abdullayevin qolu tarixə düşüb.

Goal.az xəbər verir ki, bu qol yığmamızın turnirdəki ev oyunlarında rəqib qapısından keçirdiyi ilk topdu.

Öz meydanındakı ilk görüşdə Kosovonun qapısına yol tapa bilməyən milli Bakı Olimpiya Stadionundakı həsrəti 143-cü dəqiqədə qırıb.

Araz isə yığmanın heyətində 3-cü qolunu vurub. Abdullayev əvvəlki iki qola ötən il imza atmışdı. Martın 3-də Qətərlə səfərdəki yoxlama matçında (2:1) fərqlənən yarımmüdafiəçi sentyabrın 5-də San-Marino ilə DÇ-2018-in seçmə oyununda qol sevinci yaşamışdı. O, 404 gündən sonra qol vurmağı bacarıb.

Qeyd edək ki, Araz 3-cü qolunu yığmadakı 29-cu matçında vurub. (matc.az