09/11/2018
16:48
1700
| A A A
"Rüfəti gətirməklə həmin boşluğu doldurduq"

Almaniyanın Prussia Münster klubunun baş məşqçisi Marko Antverpen Azərbaycan milli komandasının üzvü olan futbolçusu Rüfət Dadaşovdan söz açıb. Goal.az xəbər verir ki, almaniyalı mütəxəsssis 27 yaşlı hücumçunun bu yay komandadan gedən forvard Adriano Qrimaldini əvəzləyə bildiyini hesab edir: "Deməzdim ki, Qrimaldinin yeri boş qalıb. Komandaya Dadaşovu gətirdik və həmin boşluğu doldurduq. Hazırkı anda komandamızdakı bütün futbolçulardan razıyam". Qeyd edək ki, Rüfət Dadaşov Prussia Münster 

-in heyətində 9 oyuna 5 qol vurub.