12/11/2018
10:15
1731
| A A A
Millimizin Farer adaları və Kosovo üçün heyəti açıqlandı

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında qrup mərhələsinin son iki oyunu üçün heyəti açıqlanıb.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov noyabrın 17-də Farer adaları ilə ev, 3 gün sonra isə Kosovoyla səfər matçı üçün 24 futbolçuya dəvət göndərib.

ADI, SOYADI KLUBU
Kamran Ağayev “Keşlə”
Səlahət Ağayev “Neftçi”
Emil Balayev “Səbail”
Maksim Medvedev “Qarabağ”
Bədavi Hüseynov “Qarabağ”
Rahil Məmmədov “Qarabağ”
Şəhriyar Əliyev “Sumqayıt”
Təmkin Xəlilzadə “Qəbələ”
Urfan Abbasov “Qəbələ”
Tural Axundov “Neftçi”
Pavlo Paşayev “Aleksandriya” (Ukrayna)
Qara Qarayev “Qarabağ”
Araz Abdullayev “Qarabağ”
Emin Mahmudov “Neftçi”
Əfran İsmayılov “Sumqayıt”
Rahid Əmirquliyev “Səbail”
Cavid İmamverdiyev “Sabah”
Riçard Almeyda “Astana” (Qazaxıstan)
Dmitri Nazarov “Erzgebirge” (Almaniya)
Mahir Mədətov “Qarabağ”
Mirabdulla Abbasov “Neftçi”
Ramil Şeydayev “Krılya Sovetov” (Rusiya)
Rüfət Dadaşov “Proysen” (Almaniya)
Ruslan Qurbanov “Səbail”

Qeyd edək ki, D liqasında III qrupda yer alan Azərbayca yığması 6 xalla 2-ci pillədə qərarlaşıb və lider Kosovodan 2 xal geri qalır. Farer adalarının 4, Maltanın isə 2 xalı var.