13/11/2018
13:46
1553
| A A A
Millimizin oyununa hakim təyinatı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İsraillə qarşılaşacağı oyuna hakim təyinatlar açıqlanıb.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, Tbilisidə keçiriləcək matçı Belçika və Gürcüstandan olan hakimlər idarə edəcək. Oyunun baş hakimi belçikalı Erik Lambrext olacaq.

Baş hakimin köməkçiləri belçikalı Karel De Roker və gürcüstanlı Giorgi Elikaşvili olacaq.

Matçın dördüncü hakimi funksiyasını isə gürcüstanlı Aleko Aptsiauri yerinə yetirəcək.

Azərbaycan - İsrail matçı sabah, saat 14:00-da başlayacaq.