14/11/2018
12:51
1828
| A A A
Foqts Rüfət Dadaşovu təriflədi

Millimizin sabiq baş məşqçisi Berti Foqts yığmamızın  üzvü Rüfət Dadaşovla bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, Bild-ə danışan 71 yaşlı mütəxəssis Almaniyanın 3-cü bundesliqası  təmsilçisi Proissen-də çıxış  edən  27 yaşlı hücumçu haqda  müsbət fikirlər səsləndirib:

“Rüfət Dadaşovda 2-ci Bundesliqa üçün tələb olunan keyfiyyətlər var. O, topu yaxşı idarə edir və hədəfin harada olduğunu bilir. Siz onun hər zaman daha yaxşı oynamasına təşviq etməlisiniz. Onunla işləmək mənim üçün çox əyləncəli idi".

B.Foqts R.Dadaşovun 4 ildən sonra milliyə qayıtmağına sevindiyini söyləyib: "Bu, Rüfətə daha da gücləndirir. Proissen bundan xeyir götürəcək”.

Qeyd edək ki, Berti Foqts R.Dadaşovu ilk dəfə 2013-cü ildə millimizə çağırıb. O, 2013-2014-cü illərdə 16 oyunda 4 qol vurub.