14/11/2018
14:19
2120
| A A A
Azərbaycan - Farer adaları matçının hakimləri açıqlandı

UEFA Millətlər Liqasının V turunda Azərbaycan və Farer adaları yığmaları arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb.  

Goal.az xəbər verir ki, qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dimitrios Masiasa Marios Kalogiru və İoannis Lazaru yan xətt, Omiros Tsiortsis dördüncü hakim, Vasilis Dimitriu və Lukas Sotiryu əlavə köməkçi hakimlər qismində yardımçı olacaqlar. 

Ukraynalı Volodimir Petrov hakim-inspektor, çexiyalı Yaroslav Dudl UEFA nümayəndəsi təyin edilib. 

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.