14/11/2018
16:31
1930
| A A A
Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı

19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Goal.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk sınağında İsrail seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qrupumuzn digər oyununda isə Gürcüstan və Lixtenşteyn yığmaları üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçirilir. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup



1-ci tur

14 noyabr

 Azərbaycan – İsrail - 1:4

Qollar: Emil Qasımov, 82 - Məhəmməd Kanaan, 9, Şadi Masarva, 28, Bar Arad, 56, 64