16/11/2018
16:20
779
| A A A
Gürcüstan – Azərbaycan oyununun hakimləri açıqlandı

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Goal.az xəbər verir ki, oyunları Gürcüstanda keçirilən 1-ci qrupun II turunun sabah baş tutacaq görüşünü Litva və Belçikadan olan hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Donatas Rumsas və köməkçilərdən biri - Aleksandr Radius Litva təmsilçiləridir. Digər yan xətt hakimi Karel De Roker və dördüncü referi Erik Lambrext isə Belçikadandır.

Qeyd edək ki, Tiflisdəki Mixail Mesxi adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.