17/11/2018
10:00
951
| A A A
Azərbaycan Farer adalarına qarşı

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Goal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək. Yeni təsis edilən yarışda D Liqasında yer alan milli pley-off mərhələsinə yüksələmək və AVRO-2020-yə vəsiqə qazanmaq şansını saxlamaq üçün 3-cü qrupda birinci yeri tutmalıdır. Bu baxımdan son iki görüş həlledici xarakter daşıyır.

Farer adaları və Azərbaycanın əsas yığmaları indiyə qədər iki dəfə qarşılaşıblar. Milli son dueldə olduğu kimi, 27 fevral 1996-cı ildə Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında 3 cavabsız qola qalib gəlib. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Qurbanov qoyub.

Q.Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Onun rəhbərlik etdiyi “Qarabağ” 2011/2012 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “Streymur”u səfər qolu ilə mübarizədən kənarlaşdırıb - 0:0, 1:1.

UEFA Millətlər Liqası

D Liqası, III qrup

V tur

21:00. Azərbaycan - Farer adaları

Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (hamısı Kipr).

Hakim-inspektor: Volodimir Petrov (Ukrayna)

UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya)

Bakı Olimpiya Stadionu