17/11/2018
15:16
1056
| A A A
"Azərbaycan millisi ilk dəqiqələrdən hücuma atılacaq"

Farer adaları millisinin məşqçisi Yohannes Yakobsen Azərbaycan millisiylə bugünkü matç haqda fikirlərini bildirib.Goal.az xəbər verir ki, adıçəkilən mütəxəssis federasiyasımım rəsmi saytına açıqlamasında qələbə qazanmaq istədiklərini açıqlayıb: "İlk dəqiqələrdən ehtiyatlı olmalıyıq. Çünki Azərbaycan millisi ilk dəqiqələrdən hücuma atılıb, bizi təzyiq altında saxlayacaq. Belə olan halda, səhv etmək ehtimalımız çoxdu. Ona görə də ilk 15-20 dəqiqədə qol buraxmamağımız önəmlidi. Bundan sonra qələbə haqda düşünmək olar”.Yakobsen Bakıda yaradılan şəraitdən də söz açıb: "Burda gözlədiyin kimi isti deyil. Bakıda yetərincə məşq etdik. Komanda Azərbaycanla matça tam hazırdı. Əminəm ki, bizim futbolçular sonadək mübarizə aparacaq və yaxşı nəticə əldə edə biləcəklər".Qeyd edək ki, Azərbaycan – Farer adaları oyunu Bakı Olimpiya Stadionunda saat 21:00-da başlayacaq.