18/11/2018
18:02
2231
| A A A
Kamran Ağayev millinin düşərgəsindən kənarlaşdırıldı

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu noyabrın 20-də səfərdə Kosovo yığmasına qarşı keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Goal.az xəbər verir ki, Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən qapıçı Kamran Ağayevin (Keşlə) əvəzinə millinin heyətinə Qarabağ klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub.

Qeyd edək ki, Kamran Ağayev həmçinin yığma komandanın əsas kapitanıdır.