19/11/2018
14:48
1576
| A A A
UEFA düzəliş etdi - qolun müəllifi Nazarovdur

UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində keçirilən Azərbaycan - Farer adaları (2:0) oyunu ilə bağlı növbəti qərarını verib.

Goal.az xəbər verir ki, noyabrın 17-də keçirilən qarşılaşma zamanı UEFA, qolu Nazarovun vurduğunu qeydə almışdı. Oyun bitdikdən sonra qurum düzəliş edərək, bunu avtoqol kimi dəyərləndirib və topu Raqnar Nattestadın passivinə yazmışdı.

Matçın baş hakiminin qeydləri və aparılan düzəlişlərdən sonra avtoqol ləğv edilib və Nazarovun qolu qeydə alınıb.

Bununla da, Nazarovun Azərbaycan millisindəki rekordu rəsmiləşib (6 qol).